Bank Of Baku

Qubad İbadoğlu: «Azərbaycanda tikinti-əmanət kassalarının formalaşdırılması bank sisteminə müsbət təsir edə bilər»

Qubad İbadoğlu: «Azərbaycanda tikinti-əmanət kassalarının formalaşdırılması bank sisteminə müsbət təsir edə bilər»
# 08 yanvar 2010 13:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il Azərbaycanda postböhran deyil, böhran ili olacaq. «APA-Economics»in məlumatına görə, bunu İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu bildirib.

Q.İbadoğlunun sözlərinə görə, 2010-cu ilin ən böyük problemi kreditlərə çıxış və likvidliklə bağlı olacaq: «Banklar riskləri azaltmaq üçün kredit şərtlərini ağırlaşdırmağa davam edir. Bu baxımdan, kreditlərə çıxış imkanları getdikcə məhdudlaşır. Cari ildə Azərbaycan hökumətinin korporativ ssuda əməliyyatları üzərində qurulmuş tikinti-əmanət kassalarının formalaşdırılmasına qərar verməsilə ipoteka kreditləşməsinin kütləvi hal alması mümkündür. Bunun isə yalnız ipoteka kreditləşməsinə deyil, bank sisteminə də müsbət təsiri ola bilər».

Mərkəz rəhbəri bildirib ki, ötən il qazın qiymətinin və metroda gediş haqqının artırılmasının qiymət artırıcı təsirləri bu il də davam edə bilər: «Bu artımlar nəticəsində ötən il xidmət sektorunda 10%-ə yaxın inflyasiya qeydə alınıb. Bu baxımdan, həmin qərarların qiymət artırıcı təsirlərini bu il də hiss edə bilərik. Hesab edirəm ki, Mərkəzi Bankın 3% səviyyəsində illik inflyasiya proqnozu hədəf inflyasiyası ilə bağlıdır».

Q.İbadoğlunun fikrincə, bu il manatın məzənnəsinin ucuzlaşması prosesi də davam edəcək: «Bu ucuzlaşma dollara nisbətdə az, avroya nisbətdə isə daha yüksək ola bilər. Cari ildə həmçinin qızılın, neftin qiymətində bahalaşma gözləniləndir. Sonuncu ilə bağlı bəzi mənbələr hətta 300 dollarlıq həddi proqnozlaşdırsalar da, fikrimcə, bu, real deyil. Neftin qiymətinin bu il 80-100 dollar civarında dəyişməsi mümkündür».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR