Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Ötən il Azərbaycanda 0,56% illik inflyasiya qeydə alınıb

İqtisadi Tədqiqatlar Mərkəzi: Ötən il Azərbaycanda 0,56% illik inflyasiya qeydə alınıb
# 08 yanvar 2010 13:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması Proqramı» üzrə Azərbaycanın 11 regionunda 2009-cu ilin dekabr ayı və bütövlükdə ötən il ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, statistik müşahidələrin nəticəsi göstərir ki, ötən ilin son ayında Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,93% artıb. Qeyd olunan dövrdə Bakıda qiymətlər regionlara nisbətən 4 dəfədən də çox bahalaşıb (1,54%), regionlarda isə bu dövrdə cəmi 0,33% artım müşahidə olunub. Ay ərzində ən yüksək bahalaşma (1,72%) ərzaq məhsullarında (o cümlədən, Bakıda 2,76%, regionda 0,71%) qeydə alınıb. Qeyri-ərzaq məhsulları 0,10% bahalaşıb (o cümlədən, Bakıda 0,27% artım, regionda 0,06% ucuzlaşma), xidmətlər isə 0,11% ucuzlaşıb (o cümlədən, Bakıda 0,06%, regionda 0,16%).

Dekabr ayında əmtəə qrupları üzrə ən çox bahalaşma ərzaq məhsulları üzrə badımcan (70,83%), istilik pomidoru (59,16%), yer xiyarı (31,34%), qeyri-ərzaq məhsulları üzrə isə kişilər üçün qış şərflərində (7,03%) müşahidə olunub. Ən çox ucuzlaşma isə ərzaq məhsullarında toyuq yumurtası (3,35%) və ağ kələm (1,46%), qeyri-ərzaq məhsullarında isə aspirin həbləri (5,19%), 585 əyarlı qızıl üzükdə (4,87%) baş verib.

Aparılan statistik müşahidələr göstərib ki, 2009-cu il ərzində Azərbaycanda 0,56% illik inflyasiya baş verib. Bu zaman Bakıda 2,67%-lik bahalaşma, regionlarda isə 1,50% ucuzlaşma olub. Bu dövrdə istehlak səbəti üzrə ən yüksək göstərici (9,59%) xidmət sektorunda qeydə alınıb. Buna görə də qeyri-ərzaq məhsullarındakı 3,18%-lik, ərzaq məhsullarındakı 0,97%-lik ucuzlaşmaya baxmayaraq, ilin yekununda ümumilikdə inflyasiya müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR