Bank Of Baku

Böyük Britaniyanın aparıcı qəzetləri arasındakı qiymət müharibəsi başa çatıb

Böyük Britaniyanın aparıcı qəzetləri arasındakı qiymət müharibəsi başa çatıb
# 08 yanvar 2010 14:56 (UTC +04:00)
Bakı – APA-Economics. Böyük Britaniyanın “The Times” qəzeti qiymətini 1 funt sterlinq artırıb.

APA-Economics”in məlumatına görə, Rupert Merdokun “News Corp.” holdinqinə daxil olan “The Times”in qiymət dəyişikliyi yanvarın 11-dən qüvvəyə minəcək.

Bu dəyişikliklərdən sonra son 20 il ərzində ilk dəfə olaraq İngiltərənin aparıcı qəzetlərinin - “The Times”, “The Guardian”, “The Daily Telegraph” və “The Independent”in qiymətləri bərabərləşib. Belə ki, 1990-cı illərin əvvəlindən Britaniya qəzetləri arasında qiymət müharibəsi başlayıb. O vaxtdan “The Times”in qiyməti oxucu cəlb etmək məqsədilə digər qəzetlərə nisbətən ucuz olub. Budəfəki qiymət artımına səbəb “The Times”in reklam gəlirlərinin azalmasıdır.

Qeyd edək ki, Rupert Merdokun “News Corp.” holdinqinə “The Times”dən başqa “The Sun” və “The News of the World” qəzetləri də daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR