Bank Of Baku

Ötən il Çin büdcəsinin gəlirləri 1 trln. dolları keçib

Ötən il Çin büdcəsinin gəlirləri 1 trln. dolları keçib
# 11 yanvar 2010 07:13 (UTC +04:00)
Bakı – APA-Economics. Çin büdcəsinin gəlirləri 2009-cu ildə 6,85 trln. yuan (1 trln. dollardan çox) təşkil edib.

APA-Economics”in məlumatına görə, bunu Çinin maliyyə naziri Se Syuyjen (Xie Xuren) bəyan edib.

Onun sözlərinə görə, 2009 və 2010-cu illərdə dövlət investisiyalarının səviyyəsi bərabər olacaq – 992,7 mlrd. yuan. Bu isə 2008-ci il səviyyəsindən 80% çoxdur.

Dövlətin kapital qoyuluşlarının kəskin artmasına səbəb 4 trln. yuan həcmində olan iqtisadi stimullaşdırma üzrə anti-böhran proqramı olub. Bu vəsaitin 1,18 trln. yuanını 2008-2010-cu illərdə sərf etmək nəzərdə tutulur.

Məhz hökumətin gördüyü anti-böhran tədbirləri nəticəsində Çin Almaniyanı keçərək 2009-cu ildə ilin ən böyük ixracatçı ölkəsi olub. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2009-cu il üzrə Çinin Ümumi Daxili Məhsulu 8,5% təşkil edəcək. 2008-ci ildə ölkə iqtisadiyyatı 9% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR