Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin dekabr ayında valyuta ehtiyatlarının həcmi 5,5 mln. dollar və ya 0,1% azalıb:
Beləliklə, ötən ilin ilk 4 ayı ərzində kəskin azalma müşahidə olunub, sonrakı dövrdə isə müəyyən dərəcədə dəyişkənliklə rəsmi valyuta ehtiyatları təxminən eyni səviyyədə qalıb. Bunun əsas səbəbi ilk növbədə dünya bazarlarında dollar/avro məzənnəsinin dəyişkənliyi ilə bağlı olub. Belə ki, AMB-nin valyuta ehtiyatları həm dollar, həm avroda saxlanılır ki, onların bahalaşıb-ucuzlaşması ehtiyatların dəyərinə təsir göstərir.