Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» müddətli əmanətlər üzrə faiz dərəcələrini yenidən azaldacaq

«Azərbaycan Sənaye Bankı» müddətli əmanətlər üzrə faiz dərəcələrini yenidən azaldacaq
# 11 yanvar 2010 07:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» (ASB) bu il ərzində fiziki şəxslərin müddətli əmanətləri üzrə faiz dərəcələrini yenidən azalda bilər. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Həsən Bədəlov bildirib.

H.Bədəlovun sözlərinə görə, bank 2009-cu ilin dekabr ayında manatla müddətli əmanətlər üzrə faiz dərəcəsini azaldaraq 12,5%-ə çatdırıb. «Hazırda bankın fiziki şəxlər üzrə müddətli əmanətlərin orta illik faiz dərəcəsi manat üzrə 12,5%, ABŞ dollarına görə, 10,25% təşkil edir. Bankın planlarına uyğun olaraq, faiz dərəcəsinin cari il ərzində daha da azldılması məsələsi yenidən müzakirə ediləcək».

H.Bədəlov bildirib ki, ASB-nin müddətli əmanətlər üzrə faiz dərəcəsinin dəyişməsi, ASB-nin Azərbaycan bazarında aparıcı bankların faiz dərəcəsindən asılı olacaq. Yəni, həmin bankların bu əmanətlər üzrə faizləri dəyişərsə, bu halda ASB də həmin fazilərə dəyişikliklər edəcək.

H.Bədəlovun sözlərinə görə, maliyyə bazarında fiziki şəxlərin müddətli əmanətləri üzrə baza faiz dərəcəsinin azaldılması bank sektorunda kifayət qədər likvid vəsaitlərin olması və həmin vəsaitlərin yerləşdirilməsində yaranmış çətinliyin olması ilə bağlıdır. «Hazırda xarci maliyyə resurlarının maya dəyəri də aşağı düşüb. Xarici maliyyə təşkilatlarından cəlb olunan vəsaitlərin faizi əvvəlki illərə nisbətən azdır. Lakin ölkədə fəaliyyət göstərən bəzi banklar hələ də bu növ depozitlərin faiz dərəcəsində dəyişiklik etməyib», - deyə sədr müavini qeyd edib.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 107,664 mln. manat, depozit portfeli 72,639 mln. manat, kredit portfeli 64,27 mln. manat, istehlak kreditlərinin həcmi 26,492 mln. manat, məcmu kapitalı 23,591 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edir. Bankın respublika üzrə 9 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR