Bank Of Baku

Azərbaycanda pul bazası ötən il 1,7% artıb

Azərbaycanda pul bazası ötən il 1,7% artıb
# 11 yanvar 2010 08:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2010-cu ilin yanvar ayının 1-nə 4 861 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin əvvəli ilə müqayisədə bu göstərici 79,7 mln. manat və ya 1,7% artıb. Eyni zamanda, ötən ilin dekabr ayı ərzində bu göstərici 523,9 mln. manat və ya 12% artıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir.

Ötən il ərzində pul bazası üzrə dinamika ilk 4 ay ərzində azalma, sonrakı 4 ay ərzində artım, sentyabrda azalma, oktyabr-dekabr aylarında isə yenidən artım nümayiş edib. Beləliklə, yanvar-aprel ayları ərzində azalma 1 101,7 mln. manat, aprel-dekabr ayları ərzində artım isə 1 181,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR