Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyası daha bir beynəlxalq quruma üzv ola bilər

Azərbaycan Kredit İttifaqları Assosiasiyası daha bir beynəlxalq quruma üzv ola bilər
# 11 yanvar 2010 12:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) cari ilin mart ayında Asiya Ölkələri Kredit İttifaqları Konfederasiyasının (AÖKİK) növbəti iclasında iştirak edəcək. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, artıq AKİA tərəfindən quruma üzvlüklə bağlı müraciət olunub və beynəlxalq təşkilat tərəfindən həmin müraciətlər cavablandırılıb. Cavabda Asiya Ölkələri Kredit İttifaqları Konfederasiyasının mart ayında keçiriləcək illik toplantısında AKİA-nın bu təşkilata üzvlük məsələsinin müzakirə olunacağı bildirib. E.Bağırov beynəlxalq təşkilata üzvlük haqqı məsələsinin də həll olunduğunu qeyd edib. Belə ki, AKİA quruma üzv olduqdan sonra illik 1000 ABŞ dolları həcmində üzvlük haqqı ödəyəcək. Üzvlük haqqının həcmi AKİA üçün güzəştli şərtlərlə qəbul edilib.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 47-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR