Bank Of Baku

Azərbaycan əhalisi nağd avro satışını artırıb

Azərbaycan əhalisi nağd avro satışını artırıb
# 12 yanvar 2010 07:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda əhali tərəfindən nağd avronun satış həcmi 2009-cu ilin noyabr ayında 2 056 600 avro, alış həcmi isə 54 104 000 avro təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, ümumilikdə yanvar-noyabr ayları ərzində Azərbaycanda əhali tərəfindən 59 178 700 avro satılıb, 622 054 600 avro isə alınıb.

Beləliklə, ötən ilin 11 ayı ərzində əhali tərəfindən nağd avronun alışı 10,5 dəfə satışı üstələyib ki, bunun da əsas səbəbi Avrozonadan pərakəndə və mütəşəkkil idxalın çox olmasıdır.

Eyni zamanda 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan əhalisi nağd avronun satışını 7,7% artırıb, alışı isə 8,3% azaldıb. Bunun əsas səbəblərdən biri kimi avronun məzənnəsinin ötən ildə dəyişkənliyini qeyd etmək olar. Belə ki, 2009-cu ildə avronun dollara qarşı möhkəmlənməsi müşahidə olunub ki, bu halda əhali bahalaşan valyutanın alınmasından müəyyən dərəcədə çəkinməyə meyl göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR