Bank Of Baku

Azərbaycanda bankomatların sayı artır

Azərbaycanda bankomatların sayı artır
# 12 yanvar 2010 07:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda 2009-cu il dekabr ayının 1-nə bankomatların sayı 1 673 ədəd olub.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 173 ədəd çoxdur. Dekabrın 1-nə bankomatların 943-ü Bakı şəhərində, 730-u isə digər şəhər və rayonlarda yerləşir.

Bu dövrdə Azərbaycan üzrə POS-terminalların sayı 8 613 ədəd olub ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 606 ədəd çoxdur. POS-terminalların 7 827-si Bakı şəhərində, 786-sı isə ölkənin regionlarında yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR