Bank Of Baku

«Turan Bank»ın depozit portfeli ötən il 22% artıb

«Turan Bank»ın depozit portfeli ötən il 22% artıb
# 12 yanvar 2010 09:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Turan Bank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 109,938 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunları ilə müqayisədə 30,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 16,8% artaraq 77,916 mln. manat, depozit portfeli isə 21,8% genişlənərək 35,880 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 7,1% artaraq 20,344 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,3% artaraq 17 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın ümumi gəlirlərinin həcmi 2008-ci illə müqayisədə 12,7% artaraq 15,848 mln. manat, xərcləri isə 16,6% artaraq 13,247 mln. manat olub. Nəticədə bankın ötən il ərzində əldə etdiyi mənfəətin həcmi 2,281 mln. manat təşkil edib ki, bu da 2008-ci illə müqayisədə 6,3% çoxdur.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,8%) və 20 fiziki şəxs olan (78,2%) «Turan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı, 9 bankomatı və 73 POS-terminalı fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın müştərilərinin sayı 7,187 min nəfər, plastik kartlarının sayı 2,477 min, işçilərinin sayı isə 197 nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR