Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi kiçik və orta müəssisələr üçün pulsuz tədris kursuna başlayacaq

Azərbaycan Bank Tədris Mərkəzi kiçik və orta müəssisələr üçün pulsuz tədris kursuna başlayacaq
# 12 yanvar 2010 10:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) cari ilin yanvar ayının 25-də Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələr üçün «Böhran şəraitində biznesinizi optimallaşdırın - marketinq və satış vərdişlərinizi yaxşılaşdırın» mövzusunda pulsuz 40 saatlıq praktik yönümlü tədris kursuna başlayacaq.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, kursun keçirilməsində məqsəd Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələrə böhran şəraitində marketinq və satış işlərinin qurulması texnologiyalarının öyrədilməsindən ibarətdir.

Kurs Azərbaycan dilində, marketinq və satış sahəsi üzrə ekspert İlkin Qarayev tərəfindən aparılacaq. Kurs zamanı marketinq və satış, yeni məhsulların hazırlanması, təşviqat strategiyası - reklam və ictimai əlaqələr, həmçinin satış texnologiyaları kimi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, proqramda alkoqollu içkilər və tütün məmulatı istehsal edən şirkətlər, maliyyə və neft sektorlarında fəaliyyət göstərən şirkətlər və banklar, işçiləri 250 nəfərdən çox olan şirkətlər və yerli kapitalın payının 51%-dən az olduğu şirkətlər istisna olmaqla, bütün şirkətlər iştirak edə bilər.

Xatırladaq ki, ABTM Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Biznes Məsləhət Xidmətləri (BAS/Busines Advisory Services) Proqramının akkreditasiyadan keçmiş məsləhətçisidir. ABTM Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi olaraq Avropa Birliyinin TACIS proqramının köməyi ilə yaradılıb və 2000-ci ilin fevral ayından fəaliyyət göstərir.

ABTM kommersiya bank işi və biznesin idarə edilməsi üzrə 1847 dinləyicinin iştirak etdiyi 116 kurs keçirərək, Azərbaycanın ən böyük təlim müəssisəsi mövqeyini qoruyub saxlayıb. ABTM hazırda Avropa Yaşlıların Təhsili Assosiasiyası, Avropa Bank Tədrisi Şəbəkəsi və Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR