Bank Of Baku

Azərbaycan Vergilər Nazirliyinin 195 nömrəli telefon xidmətinə müraciət edənlərin sayı 267 162 nəfərə çatıb

Azərbaycan Vergilər Nazirliyinin 195 nömrəli telefon xidmətinə müraciət edənlərin sayı 267 162 nəfərə çatıb
# 12 yanvar 2010 11:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin 195 nömrəli telefon xidmətinə müraciət edənlərin sayı 2009-cu ildə 267162 nəfərə çatıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müraciətlərdən 54 068-i canlı olaraq mütəxəssislər tərəfindən, 213 094-2 isə elektron operator tərəfindən cavablandırılıb.

Canlı əlaqə zamanı vergi ödəyicilərini daha çox ayrı-ayrı vergilərin, xüsusilə gəlir vergisinin, sadələşdirilmiş verginin, ödəmə mənbəyində tutulan vergilərin, əlavə dəyər vergisinin ödənilməsi ilə əlaqədar hesablamaların aparılması, həmçinin “bir pəncərə” prinsipi üzrə qeydiyyat və vergi uçotu, hesabatların təqdim edilməsi, e-xidmətlərlə (texniki dəstək) bağlı məsələlər maraqlandırıb. Suallar arasında nəzarət-kassa aparatları, mühasibat uçotu, cərimə, maliyyə sanksiyaları barədə suallar da çoxluq təşkil edir.

Qeyd edək ki, 195 nömrəli telefon məlumat xidməti təkcə sualların cavablandırılmasını deyil, vergi qanunvericiliyinin pozulması və vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barədə vergi ödəyicilərinin şikayətlərinin qəbul edilməsini də təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR