Bank Of Baku

“AGLeasing” şirkətinin lizinq avadanlıqlarının dəyərinin həcmi 10,160 mln. manata çatıb

“AGLeasing” şirkətinin lizinq avadanlıqlarının dəyərinin həcmi 10,160 mln. manata çatıb
# 12 yanvar 2010 13:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 9,857 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunlarına nisbətən 21,3% çoxdur.

Şirkətin baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, hesabat ilində şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 0,8% artaraq 10,160 mln. manata çatıb.

Ü.Hüseynova bildirib ki, bu müddət ərzində şirkətin nizamnamə kapitalının həcmində artım olmayıb. Lakin bağlanan lizinq müqavilələrinin sayı 2008-ci illə müqayisədə 1,5% artaraq 133-ə çatıb. Lizinq portfelinin strukturuna gəldikdə, tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda «AGBank», Böyük Britaniyanın «Hyperion Capital İnvestments LTD», ABŞ-ın «Delta Trans Group LLC» və «Milio Leasing» şirkətləri çıxış edir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR