Bank Of Baku

«Bank Avrasiya» plastik kart sahiblərinə yeni xidmət növünü təqdim edib

«Bank Avrasiya» plastik kart sahiblərinə yeni xidmət növünü təqdim edib
# 12 yanvar 2010 13:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC plastik kart sahiblərinə yeni «PIN-Change» xidmətini təklif edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «PIN-Change» xidməti plastik kart sahiblərinin rahatlığı üçün nəzərdə tutulub. Müştəri bu xidmətdən istifadə edərək, öz plastik kartının PIN kodunu istənilən, onun üçün asan yadda qalan 4 rəqəmli kodla əvəz edə bilər. «PIN-Change» xidmətindən istifadə haqqı 2 manat təşkil edir.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Hazırda bankın 1 filialı, 2 bankomatı və 21 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR