Bank Of Baku

Ötən il Azərbaycanda 20 017 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb

Ötən il Azərbaycanda 20 017 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb
# 13 yanvar 2010 08:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Vergilər Nazirliyi tərəfindən 2009-cu ildə keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində 20 017 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Yoxlamalar zamanı 10 105 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 1 712 vergi ödəyicisində valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericilikdə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və dəyişdirilməsi aşkarlanıb. Həmçinin 2 335 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan, 3 115 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü ilə lisenziyasız məşğul olması müəyyənləşdirilib.

Həyata keçirilmiş tədbirlər nəticəsində 538 vergi ödəyicisində 572 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb olunması, 1 448 vergi ödəyicisinin isə fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması faktları aşkarlanıb.

Hesabat ilində aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər nəticəsində 192 vergi ödəyicisində 18 146,5 manat dəyərində 8 215 ədəd aksiz markaları ilə markalanmamış mallar aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR