Bank Of Baku

Azərbaycan əhalisi nağd funt üzrə əməliyyatları artırıb

Azərbaycan əhalisi nağd funt üzrə əməliyyatları artırıb
# 13 yanvar 2010 08:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda İngiltərə funtu ilə nağd əməliyyatların həcmi 2009-cu ilin noyabrda 703 300 funt təşkil edib ki, bunun 45 100 funtu əhali tərəfindən satışı, 658 200 funtu isə alış əməliyyatlarının payına düşüb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, ümumilikdə yanvar-noyabr ayları ərzində Azərbaycanda əhali tərəfindən 1 519 100 funt satılıb, 13 639 000 funt isə nağd alınıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan əhalisi nağd funtun satışını 1,2 dəfə, alışını isə 1,8 dəfə artırıb. Hətta ötən ilin 11 aylıq göstəriciləri 2008-ci il üzrə bütün göstəriciləri üstələyib. Belə ki, əhali tərəfindən nağd funtun satışı üzrə üstələmə 72%, alış üzrə isə 57% təşkil edir.

Qeyd edək ki, bu tendensiya artıq davamlı xarakteri alıb. Məsələn, 2008-ci ilin satış üzrə göstəricisi əvvəlki ilin göstəricisindən 40%, alış göstəricisi isə 91% artıq olub.

Ümumilikdə funtla əməliyyatların strukturunda alışın satışı 9 dəfə üstələməsi diqqəti çəkən məqamdır. Bunun da əsas səbəbi İngiltərəyə işgüzar və digər məqsədlərlə səfər edən əhalinin funtun qabaqcadan Azərbaycanda alınması, İngiltərədən Azərbaycana ticarət və istehlak məqsədlərlə pərakəndə idxalın əks istiqamətli əməliyyatlardan daha çox olmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR