Bank Of Baku

«Azal Sığorta» səhmlərinin nominal dəyərinin artırır

«Azal Sığorta» səhmlərinin nominal dəyərinin artırır
# 13 yanvar 2010 09:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azal Sığorta» Açıq Səhmdar Cəmiyyətinin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 400 manat, sayı 5 min ədəd olan AZ100300467P nömrəli buraxılış AZ100200467 qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 371 AZN olan 5000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

Qeyd edək ki, təsisçisi «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti olan «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Hazırda «Azal Sığorta» şirkəti 12 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR