Bank Of Baku

“İcraçı Kredit Agentliyi” ötən il üçün auditin aparılmasına dair müsabiqə elan edib

“İcraçı Kredit Agentliyi” ötən il üçün auditin aparılmasına dair müsabiqə elan edib
# 13 yanvar 2010 11:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «İcraçı Kredit Agentliyi» (İKA) 2009-cu il üçün auditin aparılmasına dair müsabiqə elan edib.

İKA-dan “APA-Economics”ə verilən məlumata görə, auditor İKA-nın maliyyə hesabatlarına dair audit rəyi verəcək. Burada 2009-cu il üzrə olan hesabatların əməliyyatlarının düzgün təsvirini verib-vermədiyi və əvvəlki dövrlər barədə auditin mübahisəli məsələlərə dair tövsiyələri ilə əlaqədar faktlar yenidən araşdırılacaq.

İKA-dan bildirilib ki, müsabiqə ilə bağlı sənədlər 2010-cu ilin fevral ayının 5-nə kimi qəbul edilir.

Qeyd edək ki, auditin aparılmasına dair texniki şərtlərlə bağlı ətraflı məlumat üçün (012) 493-67-90 nömrəli telefonla əlaqə saxlamaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR