Bank Of Baku

Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqlayıb

Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqlayıb
# 13 yanvar 2010 11:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) iştirakçı bankların bu günə olan reyestrini açıqlayıb.
ƏSF-dan «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar ayının 13-nə təqdim edilən reyestrdə 42 bank təşkilatı göstərilib.
Bunlar «Xalq Bank», «AtaBank», Azərbaycan Beynəlxalq Bankı, «AccessBank», «Dəmir Bank», Melli İran Bankının Bakı filialı, «Azər-Türk Bank», «Bank of Azerbaijan», «Bank of Baku», «Kapital Bank», «Bank Respublika», «Bank Standard», Pakistan Milli Bankının Bakı filialı, «Muğanbank», «Bank Nikoil», «Azəriqazbank», «Rabitəbank», «Royal Bank», «YapıKredi Bank Azərbaycan», «Turan Bank», «Unibank», «Texnikabank», «Zaminbank», «Parabank», «Gəncəbank», «Amrahbank», «Yunayted kredit Bank», «Azərnəqliyyatbank», «Dekabank», «Atrabank», «Bank Avrasiya», «Azərbaycan Kredit Bankı», «Qafqaz İnkişaf Bankı», «NBCBank», «Günay Bank», «Azərbaycan Sənaye Bankı», «Paşa Bank», «Naxçıvanbank», «AFB BANK», «Bank Silk Vey», «KredoBank» və «Bank VTB» banklarıdır.
Qeyd edək ki, ƏSF 2007-ci il avqustun 13-dən fəaliyyətə başlayıb. Quruma üzv olan banklar tərəfindən ödənilən birdəfəlik üzvlük haqqı 10 min manatdır. İştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.
Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Üzv banklarda illik 15%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR