Bank Of Baku

Ötən ilin ən ekzotik vergilərinin siyahısı açıqlanıb

Ötən ilin ən ekzotik vergilərinin siyahısı açıqlanıb
# 13 yanvar 2010 13:31 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ən ekzotik vergi təkliflərinin siyahısı açıqlanıb. “APA-Economics”in məlumatına görə, 2009-cu ilin qeyri-ənənəvi vergilərinin reytinq cədvəli Rusiyanın “Vremya novostey” əzeti tərəfindən tərtib olunub.

Siyahının ilk pilləsində ABŞ senatoru Harri Ridin zahiri görkəmin korreksiyası, o cümlədən qırışların aradan qaldırılması və sinənin böyüdülməsi üçün kosmetik prosedurlara 5%-lik vergi tətbiqi barədə təklifi gəlir.

İkinci yeri Danimarka parlamenti tərəfindən qəbul edilmiş ərzaq məhsullarının tərkibindəki yağa görə vergi tutur.

İlk üçlüyü Latviya Həkimlər Cəmiyyətinin prezidenti Peteris Apinisin tütün və alkoqol kimi, duz və şəkərə də aksiz tətbiqi barədə təklifi tamamlayır.

Sonrakı yerlər isə belə bölüşdürülüb:

4. Men ştatının administrasiyası internet piratlarına vergi tətbiqi təklifi.

5. Nyu-York ştatının qubernatoru Devid Petersonun internet vasitəsilə filmlərin, o cümlədən pornoqrafik filmlərin alınmasına vergi tətbiqi təklifi.

6. Bakirəliyini hərraca çıxaran rumıniyalı tələbənin vergi ödəməyə məcbur edilməsi.

7. Latviyada təklif olunan “mərhum vergisi”.

8. Böyük Britaniya hökumətinin stasionar telefonlara təklif etdiyi vergi.

9. Ukrayna Maliyyə Nazirliyinin “rüşvət vergisi” layihəsi.

10. Sankt-Peterburqun qubernatoru Valentina Matviyenkonun turistlər üçün “memarlıq vergisi” təklifi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR