Bank Of Baku

«DəmirBank» kart sahiblərinə endirimlər proqramını genişləndirir

«DəmirBank» kart sahiblərinə endirimlər proqramını genişləndirir
# 13 yanvar 2010 14:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «DəmirBank» ASC ticarət və xidmət mərkəzlərində plastik kart sahiblərinə endirimlər xidmətini genişləndirməkdə davam edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən 23 xidmət və ticarət mərkəzi «DəmirBank»ın «Kart sahiblərinə il boyu endirimlər» layihəsinin üzvüdür.

Qeyd edək ki, endirim əldə etmək üçün plastik kartı göstərmək kifayətdir - əməliyyatı nağd şəkildə aparmaq olar. Endirimlərin həcmi müxtəlif ticarət və xidmət mərkəzlərində 2-15% arasında dəyişir. Bankın endirim proqramına bu il həmçinin 10% həcmində endirimlər təqdim etməklə “Dr. Vidadi onurğa mərkəzi” qoşulub. Beləliklə, «DəmirBank»ın kart sahiblərinə hazırda «Betty Barclay» qadın geyimləri, «Dr. Vidadi onurğa mərkəzi», «Qoşa Qala» restoranı, «Biba-Brax» geyim dükanı, «Loccitane en provence» parfümeriya mərkəzi, «Baby Boom» uşaq əyləncə mərkəzi, «Hugo Boss» kişi geyimləri, «Allianz Group» təlim mərkəzi, «MediClub» tibb mərkəzi, «Steilman» qadın geyimləri, «Apple» kompüter və məişət avadanlığı, «Stones» geyim dükanı, «Apriori» geyim dükanı, «R&B» geyim dükanı, «Lido» restoranı, Bakı Əyləncə Mərkəzi, «Max Mara» qadın geyimləri, «La Şarabi» çay evi, «Korloff» zərgərlik dükanı, «Balizza» qadın geyimləri, «Gizia» qadın geyimləri, «Passport» qadın geyimləri və «Dervish Travel» Agentliyində endirimlər təqdim edilir.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki adı “Azərdəmiryolbank”) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR