Bank Of Baku

«Azər-Türk Bank»ın aktivləri ötən il ərzində 26% artıb

«Azər-Türk Bank»ın aktivləri ötən il ərzində 26% artıb
# 13 yanvar 2010 15:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azər-Türk Bank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 57,281 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yanvarın 1-nə olan göstəricidən 25,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 12,7% artaraq 29,254 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 21,6% artaraq 10,494 mln. manata çatıb.

Bu müddət ərzində bankın depozit portfeli 15,4% genişlənərək 35,488 mln. manat, o cümlədən əhalidən cəlb edilmiş əmanətlərin həcmi 20,9% genişlənərək 13,754 mln. manat olub. Bankın məcmu kapitalı 2,3% azalaraq 12,048 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 2,4% artaraq 7,562 mln. manata, xərcləri isə 26% artaraq 5,727 mln. manata çatıb. Nəticədə «Azər-Türk Bank» ASC-nin mənfəəti 2009-cu ildə 35,4% azalaraq 1,835 mln. manat olub. Bundan başqa, bank bu dövr ərzində əlavə 1 filial, 1 bankomat və 13 POS-terminal quraşdırıb.

Xatırladaq ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Hazırda bankın respublika üzrə 3 filialı, 4 bankomatı və 21 POS-terminalı fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın işçilərinin sayı 105 nəfər, müştərilərinin sayı isə 17,396 min nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR