Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi «Ümumi Bank İşi» mövzusunda kurslara başlayacaq

Azərbaycan Bank Tədris Mərkəzi «Ümumi Bank İşi» mövzusunda kurslara başlayacaq
# 14 yanvar 2010 08:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) cari ilin birinci rübü ərzində “Ümumi Bank İşi” mövzusunda uzunmüddətli sertifikatlaşmış kurslara başlayacaq.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, kursun müddəti altı aydır. Dərslər həftənin 1, 3, 5-ci günləri saat 19:00-dan 21:00-dək keçirilir.

Kurs Azərbaycan dilində və Qərb standartlarına uyğun aparılır. Hər bir modul üzrə iştirakçılara tədris materialları təqdim olunur. Bundan başqa, iştirakçılar bank işi üzrə biliklərini daha da artırmaq üçün ABTM-nin kitabxanasından da istifadə edə bilərlər.

Kursu ABTM-nin daimi ştatda çalışan və hazırda banklarda yüksək vəzifələrdə çalışan ştatdankənar ekspertləri aparırlar. Bir iştirakçı üçün kursun qiyməti 2124 manat (ƏDV daxildir) təşkil edir. Ödəmə şərtlərinə gəldikdə, məbləğin 50%-i kurs başlayanadək, qalan hissəsi isə birinci testdən əvvəl ödənilir. ABTM kursun qiymətinin ödənilməsinə kredit alınması üçün də köməklik göstərə bilər.

Qeyd edək ki, ABTM «Ümumi bank işi» üzrə kurslara 2002-ci ildən başlayıb. Həmin vaxtdan indiyə qədər keçirilmiş kurslarda iştirak etmiş dinləyicilərin 88%-i, o cümlədən 73%-i Azərbaycanda fəaliyyət göstərən banklarda, 15%-dən çoxu isə qeyri-bank sektorunda çalışırlar.

Xatırladaq ki, ABTM Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi olaraq Avropa Birliyinin TACIS proqramının köməyi ilə yaradılıb və 2000-ci ilin fevral ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR