Bank Of Baku

«Unibank»ın Gəncədə şöbəsi açılacaq

«Unibank»ın Gəncədə şöbəsi açılacaq
# 14 yanvar 2010 10:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Cari ilin fevral ayının əvvəlində «Unibank» ASC-nin Gəncədə şöbəsi fəaliyyətə başlayacaq.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni şöbənin fəaliyyətə başlaması üçün artıq Azərbaycan Mərkəzi Bankından müvafiq lisenziya da alınıb.

«Unibank»ın yeni şöbəsinin ofisi Gəncənin Kəpəz rayonunda - Şahlar Hüseynov küçəsi, 2 ünvanında yerləşir. Gəncədə bankın filialı da fəaliyyət göstərir.

Qeyd edək ki, cari ilin birinci rübü ərzində bankın Lənkəran filialının da açılması gözlənilir. Bununla da «Unibank»ın filial və şöbələrinin ümumi sayı 27-yə çatacaq. Hazırda isə bankın ölkə üzrə 25 filial və nümayəndəliyi mövcuddur.

Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR