Bank Of Baku

AİB-in nəqliyyat missiyası Azərbaycana səfər edəcək

AİB-in nəqliyyat missiyası Azərbaycana səfər edəcək
# 14 yanvar 2010 11:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar ayının sonunda Asiya İnkişaf Bankının (AİB) nəqliyyat missiyası Azərbaycana səfər edəcək.

AİB-in Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində AİB-in nümayəndələri Azərbaycan hökuməti ilə nəqliyyat sahəsində əməkdaşlığa dair məsələləri müzakirə edəcək, həmçinin hazırda ölkədə AİB-in vəsaiti hesabına icra olunan nəqliyyat layihələrinin icrası ilə tanış olacaq.

Bundan başqa, bBankın missiyası Masallı-Astara avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində yolun ətrafında olan torpaqların alınmasını da müzakirə edib işləri yerinə yetirəcək podratçı şirkəti seçəcək.

Qeyd edək ki, layihənin ümumi dəyəri 500 mln. ABŞ dolları təşkil edir. Birinci mərhələ çərçivəsində AİB tərəfindən 200 mln. dollar, Azərbaycan hökuməti tərəfindən isə 49 mln. dolların ayrılacağı gözlənilir.

Layihənin texniki-iqtisadi əsaslandırılmasını (TİƏ) ABŞ-ın «Terra» şirkəti hazırlayıb. TİƏ-yə əsasən, köhnə avtomobil yoluna paralel olaraq yeni, I dərəcəli 4 zolaqlı avtomagistralın çəkilməsi təklif olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR