Bank Of Baku

Melli İran Bankının Bakı filialının İdarə Heyətinin sədri dəyişib

Melli İran Bankının Bakı filialının İdarə Heyətinin sədri dəyişib
# 14 yanvar 2010 14:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Melli İran Bankının Bakı filialının İdarə Heyətinin sədri vəzifəsinə yeni sədr təyin olunub. Bu barədə «APA-Economics»ə bankın Bakı filialının İdarə Heyətinin sədr müavini Anar İbrahimov məlumat verib.

A.İbrahimovun sözlərinə görə, bankın səhmdarlarının qərarı ilə Bakı filialının sədri vəzifəsinə Mənuçehr Hüseynzadə Neri təyin edilib.

Qeyd edək ki, M.H.Neridən əvvəl bu vəzifəni Eyvaz Bağıri icra edib. Hazırda isə E.Bağırinin Melli İran Bakında çalışdığı bildirilir.

Xatırladaq ki, Melli İran Bankının Bakı filialı 1994-cü ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə filialın aktivlərinin həcmi 30,731 mln. manat, depozit portfeli 4,233 mln. manat, kredit portfeli 6,917 mln. manat, məcmu kapitalı 12,310 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR