Bank Of Baku

«Günay Anadolu» sığorta şirkəti nizamnamə kapitalını iki dəfə artırıb

«Günay Anadolu» sığorta şirkəti nizamnamə kapitalını iki dəfə artırıb
# 14 yanvar 2010 15:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Günay Anadolu» sığorta şirkəti nizamnamə kapitalını iki dəfə artıraraq 1,6 mln. manata çatdırıb. Bu barədə «APA-Economics»ə şirkətin baş mühasibi Həlimə Əliyeva bildirib.

H.Əliyevanın sözlərinə görə, əlavə elan edilmiş 8 mln. manatlıq emissiya tam olaraq yerləşdirilib və bununla da şirkətin nizamnamə fondu 1,6 mln. manata çatdırılıb.

H.Əliyeva bildirib ki, şirkət cari il ərzində nizamnamə kapitalını daha 25% artıraraq 2 mln. manata çatdırmaq niyyətindədir.

Qeyd edək ki, «Günay Anadolu» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalında edilən dəyişikliyə əsasən, şirkət 100%-li yerli şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «GünayBank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir. Hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR