Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» nizamnamə kapitalını artırmağa hazırlaşır

«Azərbaycan Sənaye Bankı» nizamnamə kapitalını artırmağa hazırlaşır
# 15 yanvar 2010 06:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC 2010-cu ilin ilk rübü ərzində nizamnamə kapitalını 10,5% artıraraq aprelin 1-i vəziyyətinə 22,1 mln. manata çatdıracaq.

Bankın İdarə Heyətinin sədr müavini Həsən Bədəlovun «APA-Economics»ə verdiyi məlumata görə, nizamnamə kapitalının artırılması bankın 2009-cu ildə əldə etdiyi mənfəət hesabına həyata keçiriləcək.

H.Bədəlovun sözlərinə görə, 2,1 mln. manat həcmində olacaq əlavə səhm emissiyasının mart ayının sonundək yerləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, bank ötən ilin yekununda əldə edilən mənfəətin bütövlüklə kapitallaşmanın artırılmasına yönəldilməsi nəzərdə tutulub.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 107,664 mln. manat, depozit portfeli 72,639 mln. manat, kredit portfeli 64,27 mln. manat, istehlak kreditlərinin həcmi 26,492 mln. manat, məcmu kapitalı 23,591 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Bankın respublika üzrə 9 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR