Bank Of Baku

Dünya Bankı və Azərbaycan yeni əməkdaşlıq strategiyası üzrə məsləhətləşmələrə başlayır

Dünya Bankı və Azərbaycan yeni əməkdaşlıq strategiyası üzrə məsləhətləşmələrə başlayır
# 15 yanvar 2010 07:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında DB-nın 2011-2012-cü illər üçün ölkə üzrə yeni əməkdaşlıq strategiyası (CPS) ilə bağlı məsləhətləşmələrə başlanacağı gözlənilir.

DB-nın Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, yeni əməkdaşlıq strategiyası 2007-2010-cu illəri əhatə edən və 2006-cı ildə qəbul olunan son strategiyanın məntiqi davam olacaq: «Azərbaycan hökuməti ilə yeni CPS üzrə məsləhətləşmələri aparmaq üçün yanvar ayında DB-nın missiyası Bakıya gələcək».

Qeyd edək ki, hazırda qüvvədə olan CPS üzrə DB 2008-ci ildə 1,2 mlrd. ABŞ dolları məbləğində (hər ilə 600 mln. dollar olmaqla iki il müddətinə) əlavə vəsait ayırıb və bu vəsait mövcud strategiya başa çatanadək nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. İndiyədək bank tərəfindən Azərbaycana 47 layihənin icrası üçün 2,5 mlrd. dollardan artıq vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR