Bank Of Baku

Dövlət Radiotezliklər İdarəsi mənfəətini artırıb

Dövlət Radiotezliklər İdarəsi mənfəətini artırıb
# 15 yanvar 2010 08:07 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva- APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) 2009-cu ilin maliyyə yekunlarını açıqlayıb.

DRİ-dən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu il ərzində DRİ üzrə gəlir proqnozu 48,4% icra edilərək, faktiki olaraq 7 123,5 min manat təşkil edib. Beləliklə, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 2009-cu ildə 1 013,7 min manat artıq gəlir əldə edilib.

Hesabat dövründə 1 707,9 min manat xərc proqnozuna qarşı faktiki olaraq 2,3 min manat, yəni 592,1 min manat artıq vəsait xərclənib.

Müəssisədə xərclərin proqnoz limitini aşmasının əsas səbəbi gəlir və mənfəətin proqnozlaşdırıldığından artıq olması nəticəsində ƏDV və mənfəət vergisinin artıq hesablanması və büdcəyə köçürülməsi, yeni iş yerlərinin açılması ilə bağlı əmək haqqı xərclərinin və yeni avtomobillərin alınması ilə yanacaq xərclərinin artması ilə bağlı olub.

DRİ-nin hesabat dövrü üçün mənfəəti 3,9 min manat olub, yəni proqnozdan 1,432 min manat artıq mənfəət əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR