Bank Of Baku

«BE&G» sığorta şirkətinin daxilolmaları azalıb

«BE&G» sığorta şirkətinin daxilolmaları azalıb
# 15 yanvar 2010 09:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «BE&G» («Benefit & Guaranty) sığorta şirkətinin 2009-ci il ərzində topladığı sığorta haqlarının həcmi 984,399 min manat təşkil edib ki, bu da 2008-ci ilin yekunları ilə müqayisədə təxminən iki dəfə azdır.

Şirkətin baş mühasibi Nigar Bayramovanın «APA-Economics»ə verdiyi məlumata görə, hesabat ilində şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 2,1 dəfə azalaraq 518,169 min. manat olub.

Ötən il ərində şirkətin daxilolmalarında 765,363 min manat könüllü, 219,035 min manat isə icbari sığorta növlərinin payına düşüb. Daxilolmalarda ən çox sığorta yığımı «Avtonəqliyyat vasitlərinin sığortası» (407,963 min manat), «Fərdi qəza və xəstəlik sığortası» (218,167 min manat), «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (217,056 min manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (115,954 min manat) və «Kreditlərin sığortası» (15,547 min manat) növləri üzrə olub.

Ödənişlərə gəldikdə isə, ilk yeri «Avtonəqliyyat vasitlərinin sığortası» növü (255,722 min manat) tutub. Sonrakı yerlərdə «Kreditlərin sığortası» (135,821 min manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (62,880 min manat) və «Fərdi qəza və xəstəlik sığortası» (35,004 min manat) növləri qərarlaşıb.

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan «BE&G» sığorta şirkəti 1998-ci ildən «Naxçıvan» sığorta şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi dəyişdirilib. Hazırda şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR