Bank Of Baku

Azərbaycan hökuməti «Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının xüsusi Fondu haqqında Əsasnamə»yə dəyişiklik edib

Azərbaycan hökuməti «Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının xüsusi Fondu haqqında Əsasnamə»yə dəyişiklik edib
# 15 yanvar 2010 09:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti «Məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının xüsusi Fondu haqqında Əsasnamə»yə dəyişiklik edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Hökumətin qərarı ilə Fondun gəlirlərininAzərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası ilə bağlı borclunun hesabından tutulan icra ödənişi 25%-dən 75%-ə qaldırılıb.

Qeyd edək ki, Fond Azərbaycan məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə məhkəmə əmirlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası ilə bağlı borclunun hesabından tutulan icra ödənişi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı borcludan tutulan xərclərin məbləğləri hesabına formalaşır. Fondun maliyyə vəsaiti Azərbaycan Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin müvafiq xəzinə hesablarına köçürülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR