Bank Of Baku

Berndə İsveçrə-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək

Berndə İsveçrə-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 15 yanvar 2010 10:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvarın 18-də Berndə (İsveçrə) Azərbaycan hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın IV iclası keçiriləcək.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda ölkəmizi komissiyanın Azərbaycan tərəfindən həmsədri, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinə Xarici İşlər, Maliyyə, Ədliyyə, Vergilər, Səhiyyə, Mədəniyyət və Turizm nazirlikləri, Mərkəzi Bank, «Azərsu» ASC, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin nümayəndələri daxildir.

Birgə komissiyanın iclasında komissiyanın ötən iclasının protokoluna uyğun olaraq, iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülmüş işlər, eləcə də qarşıdakı dövrdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın IV iclasının yekunlarına dair protokolun imzalanması nəzərdə tutulur. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də gözlənilir.

Qeyd edək ki, İsveçrə tərəfindən komissiyaya İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) İdarə Heyətinin üzvü xanım Monika Rühül Burzi həmsədrlik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR