Bank Of Baku

«Azərenerji» ötən il büdcə ödənişlərini 11% artırıb

«Azərenerji» ötən il büdcə ödənişlərini 11% artırıb
# 15 yanvar 2010 11:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC tərəfindən 2009-cu ildə dövlət büdcəsinə 130 mln. manat vəsait ödənilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Dövlət büdcəsinə ödənişlər 2008-ci il ilə müqayisədə 11% və ya 12,5 mln. manat çox olub.

Ötən ilin dekabr ayında isə səhmdar cəmiyyəti tərəfindən büdcəyə 7,1 mln. manat köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR