Bank Of Baku

Çinin valyuta ehtiyatları 2,399 trln. dollara çatıb

Çinin valyuta ehtiyatları 2,399 trln. dollara çatıb
# 15 yanvar 2010 12:34 (UTC +04:00)
Bakı – APA-Economics. Ötən il Çinin valyuta ehtiyatları 23,3% - 453 mlrd. dollar artaraq 2,399 trln. dollara çatıb.

APA-Economics”in “Bloomberg” agentliyinə istinadən məlumatına görə, 2009-cu ilin III rübündə Çinin valyuta ehtiyatları 141 mlrd. dollar, IV rübündə 126 mlrd. dollar artıb.

Valyuta ehtiyatlarının kəskin artımına səbəb Çinin ticarət profisiti, eləcə də ölkəyə investisiya axını olub. Bununla da Çin qlobal iqtisadi böhran şəraitində valyuta ehtiyatları artan azsaylı ölkələrdən biri olub.

Müqayisə üçün qeyd edək ki, ötən il valyuta artımı göstəricilərinə görə üçüncü olan Rusiyanın ehtiyatları 2008-2009-cu illərdə 38 mlrd. dollar azalıb. 2009-cu ildə Rusiyanın valyuta ehtiyatları 440 mlrd. dollar artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR