Bank Of Baku

İstanbulda Türkiyə Biznes və İnvestisiya Sammiti keçiriləcək

İstanbulda Türkiyə Biznes və İnvestisiya Sammiti keçiriləcək
# 15 yanvar 2010 12:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev, Elmin İbrahimov - APA-Economics. Bu ilin mart ayının 3-4-də İstanbulda Türkiyə Biznes və İnvestisiya Sammiti («Turkey Business and Investment Summit 2010») keçiriləcək.

«APA-Economics»in məlumatına görə, tədbirin əsas məqsədi Avropa İttifaqına üzvlük prosesi fonunda Türkiyənin biznes və sərmayə imkanlarının təşviq edilməsidir. Belə ki, Türkiyə 2008-2010-cu illər ərzində xarici birbaşa investisiyaların cəlbediliciliyi baxımından dünyanın 15-ci ölkəsi olmasına baxmayaraq, xarici kapital qoyuluşları əsasən, İstanbul və ətraf ərazilərdə mərkəzləşib. Bunu nəzərə alan ölkə hökuməti digər regionların iqtisadi inkişafına nail olmaq məqsədi ilə kapital qoyuluşunu stimullaşdıran xüsusi proqram hazırlayıb.

Keçiriləcək tədbirdə regionların biznes və investisiya potensialı iş adamlarına, layihə icraçılarına və investisiya fondlarına təqdim olunacaq.

Sammitdə Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan, regional inkişaf üzrə dövlət naziri Cevdət Yılmaz, Türkiyə İnkişaf Bankının baş direktoru Abdulla Çelik, Türkiyə Kredit Zəmanət Bankının baş direktoru Hikmət Kurnaz, Avropa İnvestisiya Fondunun vençur kapital bölməsinin Türkiyə üzrə rəhbəri Xose Romano, Şərqi və Cənub-Şərqi Sənayeçilər və Sahibkarlar Assosiasiyası Federasiyasının prezidenti Tarkan Kadooğlu, Qara Dəniz Sənayeçilər və Sahibkarlar Federasiyasının prezidenti Osman Rəis, Türkiyə Texnologiya İnkişaf Fondunun baş katibi Metə Çakmakçı, Elektrik Stansiyaları Sənayeçiləri və Sahibkarlar Assosiasiyasının prezidenti Əmir Arman, Türkiyə Baş Nazirliyi Özəlləşdirmə Administrasiyasının şöbə müdiri Əli Təkin, Beynəlxalq Maliyyə Korporasiyasının sərmayələr direktoru Sevgi Səkiner, Avropa İnvestisiya Bankının ölkə üzrə nümayəndəsi Alayin Terraylon, İzmir İnkişaf Agentliyinin baş katibi Erquder Can, Şərqi Anadolu İnkişaf Agentliyinin baş katibi Emin Yaşar, Cənubi Anadolu Regional İnkişaf Administrasiyasının prezidenti Sədrəddin Karahocagil məruzə ilə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR