Bank Of Baku

«AtaBank» yeni beynəlxalq ödəniş sisteminə qoşulur

«AtaBank» yeni beynəlxalq ödəniş sisteminə qoşulur
# 15 yanvar 2010 13:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC-nin «MasterCard» beynəlxalq ödəniş sisteminə üzv olması məsələsi 2010-cu il ərzində həll olunacaq. Bunu «APA-Economics»ə bankın Plastik kartlar Departamentinin direktoru Teymur Axundov bildirib.

T.Axundovun sözlərinə görə, bankın beynəlxalq sistemə üzv olması məsələsinin bir qədər ləngiməsi birbaşa dünya maliyyə böhranı ilə bağlı olub: «Böhranın təsirinin azaldığı bir vaxtda üzvlüklə bağlı işlərdə də canlanma hiss olunur. Bu sistemlə planların mübadiləsi, müvafiq sənədləşmə və digər əməliyyatların aparılması artıq başa çatdırılıb. Yalnız sertifikasiya məsələsinin həlli qalıb ki, bu da cari ildə həllini tapacaq».

T.Axundov qeyd edib ki, bankın «MasterCard» beynəlxalq ödəniş sisteminə üzvlük məsələsinə ciddi ehtiyac yaranıb, çünki artıq bir çox müştəri bankdan «MasterCard»ın plastik kartlarını tələb edir.

Qeyd edək ki, «AtaBank» 2004-cü ildə «VISA» beynəlxalq ödəniş sisteminə assosiativ üzv olub, 2006-cı ildən isə qurumun prinsipial üzvüdür.

Xatırladaq ki, «AtaHolding»ə daxil olan «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 17 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR