Bank Of Baku

«Bank of Azerbaijan» ən iri filialını açır

«Bank of Azerbaijan» ən iri filialını açır
# 15 yanvar 2010 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» ASC yanvar ayının 18-də Bakıda ən iri filialını istifadəyə verəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Xəyal Şərifzadə bildirib.

X.Şərifzadənin sözlərinə görə, bank tərəfindən uzunmüddətli icarəyə götürülmüş filial ofisi paytaxtın Landau küçəsi,6 ünvanında yerləşir. «Bu filial bankın yeni filialı hesab olunmur. Sadəcə olaraq, bankın 5 saylı filialı genişləndirilərək yeni ofisə köçürülür», - deyə X.Şərifzadə bildirib.

Qeyd edək ki, 5 saylı filial əvvəllər Murtuza Muxtarov,188 ünvanında fəaliyyət göstərib.

Xatırladaq ki, səhmdarları «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 16 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR