Azərbaycanın gömrük orqanları ötən il 3 005 hüquqpozma faktı aşkar ediblər
Bu faktlardan 162-i cinayət xarakterli olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər predmetlərin dəyəri 688 686 manat təşkil edib. Cinayət əməllərinin törədilməsində təqsirli bilinən 160 nəfərin cinayət təqibi üzrə müvafiq tədbirlər görülüb.
Görülmüş tədbirlər nəticəsində ötən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 65 fakt aşkar olunub. Bu faktlar üzrə 319 kq 907 qram narkotik, o cümlədən 208 kq 825 q həşiş, 61 kq 870 q heroin, 48 kq 885 q tiryək, 326,92 q marixuana, 1 kq 982 q psixotrop maddə (ampul, kapsul və həb şəklində), 1,65 q metadon, 10,819 q metamfetamin maddəsi tutulub. Bu faktlar üzrə 66 nəfəri kişi 15 nəfəri qadın olmaqla ümumilikdə 81 nəfər məsuliyyətə cəlb olunub. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutulan şəxslərin 39-u Azərbaycan, 17-si İran, 7-si Pakistan, 6-sı Rusiya, 4-ü Özbəkistan, 2-si Nigeriya, 2-si Türkiyə, 1-i Gürcüstan, 1-i Hindistan, 1-i Litva, 1-i Kamboca vətəndaşlarıdır.
Ötən il aşkar olunmuş faktların və əməliyyat məlumatlarının təhlili nəticəsində narkotik qaçaqmalçılarının ən çox İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Çin marşrutundan istifadəyə cəhd göstərdikləri, son illər mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkotik qaçaqmalçılıq hallarının çoxaldığı müəyyənləşib. Hesabat ilində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 mütəşəkkil cinayətkar dəstə və narkoqrup aşkarlanaraq zərərsizləşdirilib. Belə ki, 8 may 2009-cu ildən 10 iyul 2009-cu ilə qədər olan dövrdə həyata keçirilmiş kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 6 transmilli mütəşəkkil cinayətkar dəstə ifşa olunub və onlardan 50 kq-dan artıq güclü təsirli narkotik vasitə olan heroin götürülüb.
Ötən il aşkar olunmuş 2843 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 596 hüquqi şəxs (o cümlədən 150 xarici hüquqi şəxs) və 2 238 fiziki şəxs (o cümlədən 887 xarici) inzibati məsuliyyətə cəlb edilib. Göstərilən şəxslərə qarşı 1 mln. 790 min manatdan çox cərimə, 750 215 manat dəyərində müsadirə tətbiq olunub. Miqdarına görə aşkar edilmiş inzibati xəta faktlarının ən çoxu - 346-sı malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi ilə əlaqədar xətalardır.
Valyuta qanunvericiliyinin pozulmasına qarşı gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində 2009-cu ildə hüquqpozma predmeti kimi külçə və zinət əşyaları şəklində 3 kq 721 qram qızıl, 313 ədəd gümüş əşyalar, 236 000 ABŞ dolları tutulub.
Hesabat dövründə gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 1 ədəd "QLOK-19" tipli tapança və onun 31 ədəd 9 mm-lik patronu, 45 ədəd patron, 2 ədəd hərbi təyinatlı radiostansiya, 1 334 ədəd mobil telefon, 1 038 ədəd dini məzmunlu kitab, 6 695 ədəd DVD disk, 14 kq qara kürü, 500 litr neft məhsulu, 13,8 kq Ermənistan istehsalı olan və orqanizm üçün zərərli sayılan qəhvə tutulub.
Komitədən bildirilib ki, 2009-cu il ərzində DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 8 cinayət və 8 inzibati xəta faktı üzrə müvafiq icraat və təhqiqat aparılıb. Hüquqpozma törətmiş şəxslərə 70 min manatdan çox cərimə və müsadirə tətbiq olunub, cərimələrin ödənilməsi təmin edilib.
Maliyyə
Bu günün valyuta məzənnələri
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
Xəbər Lenti
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasının yanaşmasına görə bəzən tənqid olunuruq
“Philip Morris”: Azərbaycan innovasiyalara əsaslanan iqtisadiyyat qurur
Elnur Soltanov: Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olur
Nazir müşaviri: Azərbaycan ABŞ-la süni intellekt sahəsində əməkdaşlığı genişləndirir
Ermənistanda zəlzələ olub, Naxçıvanda hiss edilib
AmCham: Qeyri-müəyyənlik dövründə bizneslər üçün ən vacib amil dayanıqlılıqdır
Bəzi yerlərə dolu düşüb, yağış yağır - FAKTİKİ HAVA
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
Bu gün futbol üzrə dünya çempionatı başlayır
APA TV-də XƏBƏRAPARAN - CANLI
Bakı-Qəbələ-Bakı qatarı Ucar stansiyasında dayanacaq
Hindistan səfiri Lənkəran və Lerikdə əməkdaşlıq imkanlarını müzakirə edib
SEPAH: ABŞ qırıcılarının yerləşdiyi məntəqə məhv edilib
Azərbaycan nefti bahalaşıb
Bakıda "Qazel" motosikletlə toqquşub, bir nəfər ölüb
Bu günün valyuta məzənnələri
Zakir Həsənov Pakistana başsağlığı verib
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünya bazarlarında neft bahalaşır
Nyu-York birjasında təbii qazın qiyməti artıb
ABŞ-ın kommersiya neft ehtiyatları 427 mln. bareldən aşağı enib
Bakı və Salyanın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
"Bitcoin"in qiyməti 62 min dolları ötüb
Yaxın Şərq böhranı qlobal fond bazarlarını enişə sürükləyib
Kanada 16 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsini məhdudlaşdıracaq
SEPAH: Küveyt və Bəhreyndə 18 ABŞ hədəfinə zərbə endirdik
CENTCOM: İrana hücumlar başa çatıb
Tramp ABŞ-ın İranı “Tomahawk” raketləri ilə vurduğunu bildirib
Tramp İran rəsmiləri ilə telefon danışığı apardığını bildirib
ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib
SEPAH Hörmüz boğazından qanunsuz keçməyə çalışan iki gəmini vurduğunu açıqlayıb
İran Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını elan edib
Pentaqon: Bu hücumlar İranı danışıqlar masasında güzəştə getməyə məcbur etmək üçündür
ABŞ Mərkəzi Komandanlığı İrana qarşı hərbi əməliyyatlara başladığını elan edib
Heqset İrana güclü zərbələr endiriləcəyini açıqlayıb
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
İranın Minab və Sirik şəhərlərində partlayış səsləri eşidilib
Tehranın qərbində HHM sistemləri işə salınıb
Makron G7 sammitində kimlərin iştirak edəcəyini açıqlayıb
Tramp İranla gərginliyin kəskin artması ilə bağlı təcili iclas keçirib
Zelenski: Ukrayna ordusu PUA-larla bir ildə Rusiyaya 40 milyard dollarlıq zərər vurub
Türkiyənin məşhur Güray Muzeyində Milli Qurtuluş Günü münasibətilə fotosərgi açılıb
Gəncədə kütləvi dava zamanı 7 nəfər xəsarət alıb
Azərbaycan və Avstriya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Bakıda obyektdə yanğın söndürülüb, xəsarət alan olmayıb - YENİLƏNİB-2 - FOTO - VİDEO
Netanyahu Livan xalqına müraciət edib, “Hizbullah”sız sülh təklif edib
Türkiyə Almaniyanın miqrantları ölkəyə göndərməsi iddialarını təkzib edib
Pezeşkian Trampa cavab verib: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq