Bank Of Baku

«Azərbaycan Kredit Bankı» ötən il depozit portfelini 24% artırıb

«Azərbaycan Kredit Bankı» ötən il depozit portfelini 24% artırıb
# 18 yanvar 2010 06:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Kredit Bankı» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 28,941 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 7,6% çoxdur.

Bankın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat ilində bankın depozit portfeli 23,5% genişlənərək 5,880 mln. manat, kredit portfeli 2,3% artaraq 26,695 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 18,6% azalaraq 2,528 mln. manat olub. Bu müdət ərzində bankın məcmu kapitalı 11,7% artaraq 13,312 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,205 mln. manat təşkil edib.

Qeyd edək ki, 2009-cu il ərzində bankın ümumi gəlirləri 1,077 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 21,9% azdır. Həmçinin, bankın xərcləri 2008-ci ilə nisbətən 98,1% artaraq 424 min manat olub. Nəticədə, bankın mənfəəti 2008-ci ilin yekunu ilə müqayisədə 21,9% artaraq 652 min manata çatıb.

Xatırladaq ki, hesabat ilində bankın müştərilərinin sayı 8,5% artaraq 2 682 nəfər, işçilərin sayı 36,7% azalaraq 31 nəfər, işçilər üçün orta aylıq əmək haqqı isə 29% azalaraq 1 490 manat təşkil edib.

Təsisçisi 11 fiziki şəxs olan «Azərbaycan Kredit Bankı» ASC 2005-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın 2 bankomatı, 2 POS-terminalı və 31 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR