Bank Of Baku

Azərbaycanın fond bazarında peşəkar iştirakçıların sayı 18-ə çatıb

Azərbaycanın fond bazarında peşəkar iştirakçıların sayı 18-ə çatıb
# 18 yanvar 2010 06:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın qiymətli kağızlar bazarında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən (QKDK) broker fəaliyyəti üzrə 5, diler fəaliyyəti üzrə 4, aktivlərin idarə edilməsi fəaliyyəti üzrə isə 2 lisenziya verilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin sonuna qiymətli kağızlar bazarında 18 peşəkar iştirakçı fəaliyyət göstərib ki, onlardan 13-ü həm broker, həm də diler fəaliyyəti, 2-si yalnız broker fəaliyyəti ilə məşquldur, 3 şirkət isə aktivlərin idarə edilməsi üzrə lisenziyaya malikdir.

Bununla yanaşı, 2009-cu ildə kapital bazarının peşəkar iştirakçılarının fəaliyyətinin tənzimlənməsi mexanizmləri təkmilləşdirilib, broker və dilerlərin fəaliyyətinin yeni metodologiya əsasında yoxlanılmasına başlanılıb. İl ərzində 4 peşəkar iştirakçının fəaliyyəti yoxlanılıb, fəaliyyətində nöqsanlar aşkar edilən peşəkar iştirakçılara müvafiq təsir tədbirləri, o cümlədən, inzibati cərimələr tətbiq edilib. Peşəkar iştirakçıların fəaliyyəti üzərində nəzarət tədbirləri çərçivəsində 1 təşkilatın broker və diler peşəkar fəaliyyətləri üzrə lisenziyalarının fəaliyyəti dayandırılıb, 1 lisenziya ləğv edilib, 2 peşəkar iştirakçıya isə ümumilikdə 500 manat məbləğində cərimə tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR