Bank Of Baku

Gələn ay «AzRe Təkrarsığorta» şirkətinin səhmdarlarının yığıncağı keçiriləcək

Gələn ay «AzRe Təkrarsığorta» şirkətinin səhmdarlarının yığıncağı keçiriləcək
# 18 yanvar 2010 07:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin fevral ayının 19-da Azərbaycanın «AzRe Təkrarsığorta» şirkətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Şirkətin İdarə Heyətinin sədr müavini Vüsal Abbasovun «APA-Economics»ə verdiyi məlumata görə, iclasda 2009-cu ilin yekunlarının təhlili, həmçinin ötən il ərzində əldə olunmuş xalis mənfəətin bölüşdürülməsi və 2010-cu il üçün planlar müzakirə ediləcək.

Xatırladaq ki, Azərbaycanın ilk təkrarasığorta şirkəti olan «AzRe» şirkəti 2007-ilin dekabr ayından fəaliyyətə başlayıb. Hazırda şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edir. Ümumilikdə isə Azərbaycanda 27 sığorta şirkəti və 8 xarici təkrarsığorta təşkilatı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR