Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri son bir ildə 17% azalıb

Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri son bir ildə 17% azalıb
# 18 yanvar 2010 07:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) xalis xarici aktivləri 2010-cu ilin yanvar ayının 1-nə 4 257,2 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin əvvəlinə nisbətən 16,7% azdır. Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, təkcə ötən ilin dekabr ayında bu göstərici 4,6% azalıb.

AMB-nin məcmu beynəlxalq ehtiyatlarının həcmi 2009-cu ildə 16,9% azalaraq yanvarın 1-nə 4 307,6 mln. manata bərabər olub. Qeyd edək ki, bu göstərici üzrə də dekabrda nəzərə çarpan dərəcədə azalma qeydə alınıb. Belə ki, dekabrda məcmu beynəlxalq ehtiyatların həcmi 4,6% azalıb.

Eyni zamanda, AMB-nin xarici öhdəlikləri üzrə azalma tendensiyası müşahidə olunur. Belə ki, həmin göstərici 2010-cu ilin yanvarın 1-nə 50,3 mln. manat təşkil edib və bu, ötən ilin əvvəli ilə müqayisədə 22,5% azdır. Dekabr ayı ərzində AMB-nin xarici öhdəlikləri 5,3% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR