Bank Of Baku

Azərbaycanda qiymətli kağızlarla ticarət arxitekturasının qabaqcıl təcrübəyə uyğunlaşdırılması üçün xüsusi layihə həyata keçiriləcək

Azərbaycanda qiymətli kağızlarla ticarət arxitekturasının qabaqcıl təcrübəyə uyğunlaşdırılması üçün xüsusi layihə həyata keçiriləcək
# 18 yanvar 2010 08:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda qiymətli kağızlarla ticarət və uçot sisteminin təkmilləşdirilməsi və avtomatlaşdırılması məqsədilə həm Bakı Fond Birjasında, həm də Milli Depozit Mərkəzində ticarət iştirakçıları ilə elektron əlaqə təmin olunub, birja ticarəti və depozitar sistemləri əlaqələndirilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, milli ödəniş sisteminə inteqrasiya olunduqdan sonra ticarət sisteminin tam avtomatlaşdırılıması prosesi tamamlanacaq.

Bundan başqa, 2009-cu ildə vahid pəncərə prinsipi ilə depozitar xidmətlərinin debürokratizasiyası və sadələşdirilməsi prosesi bitib. Bütövlükdə, qiymətli kağızlarla ticarət arxitekturasının qabaqcıl təcrübəyə uyğunlaşdırılması üçün beynəlxalq texniki yardım cəlb edilməklə xüsusi layihənin icrası nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR