Bank Of Baku

Azərbaycanda toplanan sığorta haqlarının həcmi son bir ildə 9% azalıb

Azərbaycanda toplanan sığorta haqlarının həcmi son bir ildə 9% azalıb
# 04 fevral 2010 13:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən 2009-cu il ərzində ümumilikdə 163,306 mln. manat həcmində sığorta haqqı toplanıb ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 8,9% azdır.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 6,54% artaraq 53,07 mln. manat təşkil edib.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 0,897 mln. manat, qeyri-həyat sığortası üzrə 132,776 mln. manat, icbari sığorta növləri üzrə isə 29,633 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə 0,443 mln. manat, qeyri-həyat sığortası üzrə 42,474 mln. manat, icbari sığorta növləri üzrə isə 10,157 mln. manat həcmində ödəniş aparılıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (31,269 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (26,634 mln. manat), «Tibbi sığorta» (21,541 mln. manat), «Ümumi mülki məsuliyyətin sığortası» (21,190 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (17,599 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 19,20%, 16,31%, 13,19%, 12,98% və 10,78% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (16,254 mln. manat
və ya 30,63%), «Tibbi sığorta» (15,136 mln. manat və ya 28,52%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (8,534 mln. manat və ya 16,08% ) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR