Bank Of Baku

«Bank of Azerbaijan»ın İdarə Heyətinə yeni sədr təyin olunub

«Bank of Azerbaijan»ın İdarə Heyətinə yeni sədr təyin olunub
# 04 fevral 2010 13:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» ASC-nin İdarə Heyətinə yeni sədr təyin olunub.
Bankın Departament müdiri Rüfət Abbasovun «APA-Economics»ə veridiyi məlumata görə, bankın səhmdarlarının qərarına əsasən, Xəyal Şərifzadə «ZQAN Holdinq»də yeni vəzifəyə təyin edilib. Həmçinin, səhmdarların yeni qərarı ilə Nedim Kaşkal «Bank of Azerbaijan»nın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
«Əminəm ki, mən qarşıya qoyulan məsələlərin öhdəsindən gələ biləcəm. Həmçinin bankın İdarə Heyətinin sədri təyin olunmuş Nedim Kaşkal «Bank of Azerbaijan»ın ölkənin maliyyə sektorunun liderlərindən birinə çevrilməsi istiqamətində uğurlar əldə edəcək», - deyə X.Şərifzadə bildirib.
Xatırladaq ki, X.Şərifzadə «Bank of Azerbaijan»ın İdarə Heyətinin sədri vəzifəsinə 2009-cu ilin yanvar ayında təyin olunub. X.Şərifzadə 13 yanvar 1977-ci il tarixində Bakı şəhərində anadan olub, 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit fakültəsinə qəbul olunub.
Bankın İdarə Heyətinin yeni sədri təyin olunmuş N.Kaşkal isə zəngin bank təcrübəsinə malikdir və Türkiyənin «Ziraat Bankası», «Vakıflar Bankası» və digər maliyyə qurumlarında yüksək vəzifələrdə çalışıb. N.Kaşkal 2003-cü ildən yeni təyinata qədər «Ziraat Bankası»nın Moskva filialının rəhbəri vəzifəısində çalışıb. N.Kaşkal 20 yanvar 1954-cü ildə anadan olub, İstanbul Universitetinin iqtisadiyyat fakültəsini bitirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR