Bank Of Baku

Yunanıstanın Vergi və Gömrük xidmətlərinin əməkdaşları tətilə başlayıb

Yunanıstanın Vergi və Gömrük xidmətlərinin əməkdaşları tətilə başlayıb
# 04 fevral 2010 13:36 (UTC +04:00)
Bakı – APA-Economics. Yunanıstanın Vergi və Gömrük xidmətlərinin əməkdaşları fevralın 4-də iki günlük tətilə başladıqlarını elan ediblər.

APA-Economics”in AFP-yə istinadən məlumatına görə, vergiyığanlar və gömrükçülər dövlət qulluqçularının maaşlarının ixtisar olunmasına etirazlarını bildirirlər.

Bu, hökumətin sözügedən addımına qarşı ölkədə ilk etiraz aksiyasıdır. Fevralın 10-da dövlət qulluqçuları və həkimlər işə çıxmayacaq, fevralın 24-də isə həmkarlar təşkilatları ümummilli tətil keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, Avropa İttifaqı Yunanıstan hökumətinin dövlət xərclərinin ixtisarı planını bəyənib. Plana əsasən, mərkəzi və yerli hökumət aparatı işçilərinin, eləcə də digər dövlət müəssisələrinin nominal orta əmək haqqını aşağı salınacaq, vergi sistemində islahatlar aparılacaq, benzinin qiyməti bahalaşacaq və pensiya yaşı artırılacaq. Hökumət bu planı dörd ay müddətində həyata keçirmək niyyətindədir.

Gözlənilir ki, bu plan Yunanıstanın Ümumi Daxili Məhsulunu 100% üstələyən dövlət borcunu ixtisar etməyə imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR