Bank Of Baku

Beynəlxalq Valyuta Fondunun rəhbəri növbəti prezident seçkilərində Sarkoziyə rəqib ola bilər

Beynəlxalq Valyuta Fondunun rəhbəri növbəti prezident seçkilərində Sarkoziyə rəqib ola bilər
# 04 fevral 2010 14:10 (UTC +04:00)
Bakı – APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Dominik Stross-Kan 2012-ci ildə keçiriləcək Fransa prezidenti seçkilərində iştirak edə bilər.

APA-Economics”in “Reuters”ə istinadən məlumatına görə, bu səbəbdən o, BVF rəhbərliyindən getmək imkanlarını nəzərdən keçirir.

D.Stross-Kan Fransanın Sosialist Partiyasından prezidentliyə namizədliyini irəli sürə bilər. Onun BVD-də səlahiyyət müddəti 2012-ci ilin oktyabrında bitir. Fransa prezidenti seçkiləri isə həmin ilin yazında keçiriləcək.

Qeyd edək ki, D.Stross-Kan əvvəllər Fransanın iqtisadiyyat naziri olub. BVF rəhbəri seçildikdən sonra ölkədə onun populyarlığı əhəmiyyətli dərəcədə artıb. D.Stross-Kan rəy sorğularında həmişə əhalinin rəğbət bəslədiyi solçu liderlərin siyahısına başçılıq edir. Onun prezidentliyə namizədliyini irəli sürmək qərarına Nikola Sarkoziyə layiqli alternativ tapmaqda çətinlik çəkən sosialistlər arasında hökm sürən pərakəndəlik də təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR