Bank Of Baku

«Texnikabank» nizamnamə kapitalını artırır

«Texnikabank» nizamnamə kapitalını artırır
# 04 fevral 2010 15:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Texnikabank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) adi adlı sənədsiz səhmlərin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 11 973 ədəd, emissiyanın ümumi həcmi isə 11,973 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Texnikabank» yaxın vaxtlarda səhmin yerləşdirilməsinə başlayacaq. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində «Texnika Kapital Menecment» MMC çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək və uğurla başa çatacağı təqdirdə, ASC-nin nizamnamə kapitalı 28,7% artaraq 53,685 mln. manata çatacaq.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən «Texnikabank»ın 2010-cu ilin yanvar ayının 1-nə aktivləri 467,818 mln. manat, depozit portfeli 183,393 mln. manat, kredit portfeli 351,999 mln. manat, məcmu kapitalı 59,927 mln. manat, o cümlədən nizamnamə kapitalı 41,712 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR